...

"ASAN ödəniş" sistemi haqqında Əsasnamə"də dəyişiklik edilib

Siyasət Materials 9 Fevral 2017 18:59 (UTC +04:00)
Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
"ASAN ödəniş" sistemi haqqında Əsasnamə"də dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 7.21-ci bənd əlavə edilir:

“7.21. Elektron viza verilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun elektron qaydada ödənilməsini təmin etmək üçün sistem “ASAN Viza” sistemi ilə inteqrasiya olunaraq, real vaxt rejimində “ASAN Viza” sisteminə dövlət rüsumunun ödənilməsi ilə bağlı məlumatları (ödəmə tarixi, vaxtı və əməliyyat nömrəsi) təqdim edir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti