...

Novruz Məmmədov: Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının daha da inkişaf etməsi üçün çox işlər görür

Siyasət Materials 4 Mart 2017 12:43 (UTC +04:00)
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının daha da inkişaf etməsi üçün çox işlər görür.
Novruz Məmmədov: Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının daha da inkişaf etməsi üçün çox işlər görür

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının daha da inkişaf etməsi üçün çox işlər görür.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müadiri Novruz Məmmədov deyib.

PA rəsmisi həmçinin qeyd edib ki, Azərbaycanın bu quruma daxil olan bütün dövlətlərlə əlaqələri çox yaxşıdır:

"İran, Əfqanıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və digər dövlətlərlə əlaqələrimiz çox yaxşıdır. Azərbaycan artıq iki dəfə bu quruma rəhbərlik edib. İqtisadi Əməkdaşlıq Təşkilatının daha da inkişaf etməsi, əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması üçün Azərbaycan çox işlər görür. Təşkilatın İslamabadda keçirilən 13-cü sammitində qarşıya qoyulan əsas məsələlərdən biri bu idi ki, biz səylərimizi birləşdirməliyik, daha da həmrəy olmalıyıq ki, həm təhlükəsizliyimizi, həm sabitliyimizi, həm də davamlı inkişafımızı təmin edə bilək. Bu, çox vacib məsələdir".

N.Məmmədov əlavə edib ki, bununla bağlı Prezident İlham Əliyev son illər ərzində Azərbaycanın İslam həmrəyliyinin daha da möhkəmlənməsi yolunda atdığı addımlar, həm BMT, həm də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində təşkil etdiyi tədbirlər, eyni zamanda, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi haqqında geniş danışdı: "Dövlət başçısı Azərbaycanın elə bu təşkilatın üzvü kimi iri beynəlxalq layihələrin həyata keçirilməsində mühüm, fəal rolunu qeyd etdi. Qeyd etdi ki, "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizləri İqtisadi Əməkdaşlıq Təşkilatının bütün üzvləri üçün çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti