...

Azərbaycan və Monteneqro icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalayıblar (FOTO)

Siyasət Materials 28 Aprel 2017 10:24
Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Monteneqroya sәfәri zamanı bu ölkənin daxili İşlər naziri Mevludin Nuhodziclə görüşüb.
Azərbaycan və Monteneqro icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalayıblar (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azәrbaycan Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Monteneqroya sәfәri zamanı bu ölkənin daxili İşlər naziri Mevludin Nuhodziclə görüşüb.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, Azәrbaycan vә Monteneqro arasında miqrasiya sahәsindә әmәkdaşlığın perspektivlәrindən söhbət açılan görüşdə F.Nəbiyev bu istiqamətdə iki ölkə arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişafı ilə bağlı konkret faktlara diqqət çəkib. Ölkəmizdə miqrasiya sahəsində qanunvericilik və icra mexanizmləri barədə danışıb. Xidmət rəisi “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin ötən 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə yaradılmış vahid miqrasiya məlumat sistemi haqqında məlumat verib.

Görüşdə, həmçinin hazırda dünyada baş verən miqrasiya axınları, miqrantların üzləşdikləri problemlər barədə danışılıb. Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzündən söhbət açıb, keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində 20 faiz ərazimizin işğal edildiyini, işğal nəticəsində 1 milyondan çox insanın qaçqın və köçkün düşdüyünü bildirib. Qeyd edib ki, Azərbaycan bu böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Yüzə yaxın qəsəbə salınıb, qaçqın və köçkünlər yeni gözəl mənzillərə, evlərə köçürülüb. Münaqişə isə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ ki, həllini tapmayıb və Azərbaycan əraziləri işğal altındadır.

Miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsinə dair məsələlərin müzakirə olunduğu görüşdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

M.Nuhodzic bu səfərin miqrasiya sahəsində əlaqələrin inkişafına və qeyd edilən bir sıra məsələlərin həllinə əsaslı təsir göstərəcəyinə inandığını deyib.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in təntənəli imzalanma mərasimi keçirilib. Sazişi Azərbaycan Prezidentinin 14 dekabr 2016-cı il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” layihəsini Azərbaycan hökuməti adından imzalamaq səlahiyyəti verilmiş DMX rəisi F.Nəbiyev və Monteneqro tərəfindən daxili işlər naziri M.Nuhodzic imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti