...

Korrupsiya cinayəti törətmiş şəxslərlə bağlı İƏT ölkələrinə "Qırmızı bildiriş" göndəriləcək

Siyasət Materials 7 İyun 2017 13:02 (UTC +04:00)
İƏT-ə üzv dövlətlərdə korrupsiya ilə əlaqədar cinayətlər törətmiş şəxslərlə bağlı üzv ölkələrə "Qırmızı bildiriş" göndəriləcək.
Korrupsiya cinayəti törətmiş şəxslərlə bağlı İƏT ölkələrinə "Qırmızı bildiriş" göndəriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Korrupsiya cinayəti törətmiş şəxslərlə bağlı İƏT ölkələrinə "Qırmızı bildiriş" göndəriləcək.

Trend-in məlumatına görə, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşünün yekunlarına dair bəyanatda korrupsiya ilə əlaqədar cinayətlər törətmiş şəxslərlə bağlı “Qırmızı bildiriş”ın göndərilməsi öz əksini tapıb.

Bəyanata əsasən, İƏT-ə üzv dövlətlərdə korrupsiya ilə əlaqədar cinayətlər törətmiş şəxslərlə bağlı üzv ölkələrə "Qırmızı bildiriş" göndəriləcək.

Z.Qaralov deyib ki, "Qırmızı bildiriş" beynəlxalq qaydalara əsasən hazırlanacaq:

"Hər hansı dövlət kimisə beynəlxalq axtarışa verirsə, bunun üçün müvafiq sənəd lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti