Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı

Bakı. Trend:
Prezident İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq