...

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

Siyasət Materials 16 İyun 2017 17:38 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.
Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. M.Çunqonq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Nazir E.Məmmədyarov bu səfərin ikitərəfli əlaqələrə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Görüşdə Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığı qeyd edilib və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

E.Məmmədyarov belə səfərlərin, xüsusən intensiv görüşlərin və fikir mübadiləsinin aparılmasının daha sıx əməkdaşlıq üçün əhəmiyyətli vasitə olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti