...

XİN: Azərbaycanla Pakistan kimi bir-birini dəstəkləyən ölkələrə nadir hallarda rast gəlinir

Siyasət Materials 4 İyul 2017 10:01 (UTC +04:00)
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin yeni təyin olunmuş xüsusi katibi Seyid Abrar Hüseynlə görüşüb.
XİN: Azərbaycanla Pakistan kimi bir-birini dəstəkləyən ölkələrə nadir hallarda rast gəlinir

Bakı. Trend:

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) yeni təyin olunmuş xüsusi katibi Seyid Abrar Hüseynlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, xüsusi katibi təyinatı münasibətilə təbrik edən Ə.Əlizadə Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, bir çox oxşarlıqlara və dəyərlərə malik hər iki ölkənin bir-birini daim dəstəklədiyini, Pakistanla bütün sahələrdə əlaqələrin inkişafının prioritet daşıdığını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına, Ermənistanın Azərbaycana təcavüzünə qarşı Pakistanın sərgilədiyi ədalətli mövqeyin yüksək qiymətləndirildiyini bildirib.

S.A.Hüseyin Azərbaycanla Pakistan kimi bir-birini dəstəkləyən ölkələrə nadir hallarda rast gəlindiyini, bu dəstəyin tarixən davam etdiyini, Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu və bu günədək Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistanın işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını bildirib.

Görüşdə, həmçinin iqtisadi və ticari əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər, qarşılıqlı səfərlərin təşkili, iki ölkənin şəhər və regionları arasında münasibətlərin genişləndirilməsi perspektivləri, Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının artırılması və müəyyən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti