...

Kölndə Azərbaycan vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilib

Siyasət Materials 4 İyul 2017 17:53 (UTC +04:00)
Kölndə Azərbaycan vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilib.
Kölndə Azərbaycan vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilib

Bakı. Trend:

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Köln şəhərində Azərbaycan vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Qəbul zamanı səfirliyin əməkdaşları tərəfindən vətəndaşlarımıza konsulluq-hüquq sahəsində məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb, sənədləri qəbul edilib və səfirliyin konsulluq şöbəsində göstərilən xidmətlər barədə ətraflı məlumatlar diqqətə çatdırılıb.

Həmin gün Şimali Reyn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə görüş keçirilib. Görüş zamanı Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə nəzər salınıb, qarşıda duran işlərdən danışılıb, fəaliyyətin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün təkliflər səsləndirilib, eləcə də səfirliyin diasporla əməkdaşlığı məsələlərinə toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti