...

Səfir: ÜAK-ın qeydiyyat məsələsinin həlli üçün işlər görüləcək

Siyasət Materials 14 İyul 2017 11:03 (UTC +04:00)
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı problemin Rusiyanın siyasəti ilə heç bir bağlılığı yoxdur.
Səfir: ÜAK-ın qeydiyyat məsələsinin həlli üçün işlər görüləcək

Bakı. Yelena Kosolapova - Trend:

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı problemin Rusiyanın siyasəti ilə heç bir bağlılığı yoxdur. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

V.Doroxin qeyd edib ki, Konqresin hüquqi dəstəyini təmin etməli olan şəxslər bu işin öhdəsindən gəlməyiblər.

Səfirin sözlərinə görə, onlar ÜAK Rusiya Ədliyyə Nazirliyi tərəfindən dəfələrlə qeydiyyat məsələsi ilə bağlı xəbərdarlıq alsa da, buna reaksiya verməyiblər: "Bizim fikirmiz budur ki, bütün təşkilatlar mövcud olduqları ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatları Azərbaycan qanunvericiliyinə riayət edir".

Rusiyalı diplomat deyib ki, RF üçün Azərbaycanla münasibətlər böyük dəyər kəsb edir: "Və ümid edirik ki, bu insident bizim münasibətlərə heç bir mənfi təsir göstərməyəcək".

V.Doroxin əlavə edib ki, bu məsələnin həlli üçün işlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti