...

Deputat: Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır

Siyasət Materials 31 İyul 2017 14:25 (UTC +04:00)
Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır.
Deputat: Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır.

Bunu Trend-ə Milli Məclisin deputatı Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur: “Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrinin sırasında olmalıdır və bu istiqamətdə 2003-cü ildən məqsədyönlü siyasət həyata keçirilir. Bu, həm daxili, həm də xarici siyasətdə özünü göstərir”.

E.İbrahimov əlavə edib ki, Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır.

Onun sözlərinə görə, Azərbaycan dövləti neft kapitalının insan kapitalına çevrilməsini, neft gəlirlərinin qeyri-neft sektoruna yatırılması ilə ölkənin bütün regionlarının inkişafının təmin etdirilməsini qarşıya məqsəd qoyub.

Deputat qeyd edib ki, 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir.

Onun sözlərinə görə, dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur.

Azərbaycanda təhlükəsizlik tədbirlərinin də yüksək səviyyədə olduğunu vurğulayan E.İbrahimov bildirib ki, ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır. Belə bir şəraitdə isə həm investisiyaların qoyuluşuna maraq göstərilir, həm də əhalimizin rifah halı yaxşılaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti