...

Xaçmazda Amerika Güşəsi açılıb

Siyasət Materials 27 Sentyabr 2017 14:28 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xaçmaz Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsini açıb.
Xaçmazda Amerika Güşəsi açılıb

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xaçmaz Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsini açıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir çıxışında Güşənin yerli icma üçün vacibliyini qeyd edib.

Səfir kitabxanaya yeni avadanlıq, texnika və lazımi materialları hədiyyə edib. Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün açıq elan olunub.

Diplomat və onun həyat yoldaşı xanım Sekuta yerli şagirdlərlə görüşüb, onların gələcək planları və Güşənin proqramları barədə söhbət ediblər.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Açılış mərasimində Xaçmaz rayonu İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edib.

Gəncə Amerika Mərkəzi barədə daha ətraflı məlumat əldə etmək üçün https://www.facebook.com/americancenterbaku/ Facebook səhfəsinə daxil ola və yaxud ABŞ Səfirliyinin Məlumat Mərkəzinə 488 33 00, daxili 3617 nömrələrinə zəng edəsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti