...

Bolqarıstan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 13 Oktyabr 2017 14:07 (UTC +04:00)
Bolqarıstan Prezidenti Rumen Radev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Bolqarıstan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Bolqarıstan Prezidenti Rumen Radev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Prezident Rumen Radev və xanımı Desislava Radeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.

Bolqarıstan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva Şəhidlər xiyabanını da ziyarət ediblər.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rumen Radev və xanımı Desislava Radeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Bolqarıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti