...

Nazir: Bir neçə ukraynalı deputatın AŞPA-nın Azərbaycanla bağlı qətnamələrinə səs verməsi Ukraynanın rəsmi mövqeyini əks etdirmir

Siyasət Materials 20 Oktyabr 2017 18:16 (UTC +04:00)
Ukrayna Ali Radasının nümayəndə heyətindən bir neçə üzvün AŞPA-nın Azərbaycanla bağlı qətnamələrinə səs verməsi Ukrayna ilə Azərbaycan arasında bütün sahələrdə qarşılıqlı səmərəli əməkdaşlıq kursuna xələl gətirməməlidir
Nazir: Bir neçə ukraynalı deputatın AŞPA-nın Azərbaycanla bağlı qətnamələrinə səs verməsi Ukraynanın rəsmi mövqeyini əks etdirmir

Bakı. Ənvər Məmmədov - Trend:

Ukrayna Ali Radasının nümayəndə heyətindən bir neçə üzvün AŞPA-nın Azərbaycanla bağlı qətnamələrinə səs verməsi Ukrayna ilə Azərbaycan arasında bütün sahələrdə qarşılıqlı səmərəli əməkdaşlıq kursuna xələl gətirməməlidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.

Onun sözlərinə görə, Kiyevlə Bakı arasında qarşılıqlı münasibətlərin dinamikası heç də hamının xoşuna gəlmir: “Ona görə də həm Ukrayna daxilində, həm də xaricindəki müəyyən qüvvələr prezident Petro Poroşenkonun Azərbaycanla münasibətdə həyata keçirdiyi ardıcıl siyasətə ziyan vurmaq istəyir. AŞPA-nın Azərbaycanla bağlı qətnaməsinə bir neçə millət vəkilinin səs verməsi bunun sübutudur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti