...

Vatikan Roma Papasının Azərbaycana səfərinə həsr edilən poçt markası buraxıb (FOTO)

Siyasət Materials 27 Noyabr 2017 14:14 (UTC +04:00)
Vatikan Roma Papası Fransiskin 2016-cı ildəki səfərlərinə həsr olunmuş xüsusi poçt markaları buraxıb.
Vatikan Roma Papasının Azərbaycana səfərinə həsr edilən poçt markası buraxıb (FOTO)

Bakı. Trend:

Vatikan Roma Papası Fransiskin 2016-cı ildəki səfərlərinə həsr olunmuş xüsusi poçt markaları buraxıb.

Trend-in məlumatına görə, katoliklərin dini liderinin Azərbaycan və Gürcüstana səfərinə həsr edilən poçt markasında arxa fonda Bibiheybət məscidinin şəkli əks olunub.

Digər poçt markaları isə Papanın Meksika, Polşa, Yunanıstan, İsveç və Ermənistana səfərləri ilə bağlıdır.

Qeyd edək ki, Fransiskin Ermənistana səfəri münasibətilə buraxılan poçta markasında arxa fonda qondarma "erməni soyqırımı"na ucaldılan abidə əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti