...

Doroxin: 9 il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim

Siyasət Materials 28 Noyabr 2017 14:11 (UTC +04:00)
Mən doqquz il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim – Azərbaycanla münasibətləri hərtərəfli möhkəmləndirmək
Doroxin: 9 il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim

Bakı. Trend:

Mən doqquz il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim – Azərbaycanla münasibətləri hərtərəfli möhkəmləndirmək.

Trend-in məlumatına görə, bu barədə ötən gün Rusiyanın Azərbaycanda səlahiyyət müddətini başa vurmuş səfiri Vladimir Doroxinin səfirliyin saytında dərc edilmiş müraciətində deyilir.

Keçmiş səfir vurğulayıb ki, bu təlimatı yerinə yetirmək çətin olmayıb:

“Azərbaycan da Rusiya ilə eyni məqsəd üçün çalışırdı – ikitərəfli münasibətlərin möhkəmlənməsi”.

V.Doroxin Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə səfirliyin işinə göstərilən diqqətə görə azərbaycanlılara minnətdarlığını bildirib:

“Biz bir-birimizi daha yaxşı başa düşməyi, münasibətlərimizdə olan ən yaxşı şeylərə qiymət verməyi öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin səmimi xarakterini milyonlarla insan öz üzərində hiss edib”.

Diplomat vurğulayıb ki, bəzi məsələlərdə müxtəlif siyasi maraqlar mövcud olsa da, ölkələr arasında yaxşı münasibətlər olub:

“İnanmaq istəyirəm ki, toplanan təcrübə gələcəkdə də hər iki ölkənin maraqları çərçivəsində istifadə olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti