Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir, öhdəliklərini icra edir.
Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 10 dekabr- Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş konfansda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan insan haqlarına olan hörmətini nümayiş etdirib, bir çox beynəlxaq sazişlərə qoşulub: “Azərbaycan insan haqları sahəsində BMT ilə birgə iştirak etmək niyyətində olduğunu bildirib və buna razılıq verib. İnanıram ki, düzəlişlər üçün də imkanlar qalmaqdadır. Bəyannamədən irəli gələrək insan haqlarının qorunması istiqamətində daha yaxşı işlər görülməlidir ki, mili fəaliyyət planı formalaşdırılsın”.
İnsan haqlarının Azərbaycan Konstitutsusiyasında öz əksini tapdığını deyən Q.İshaqzai əlavə edib ki, dünyada vətəndaş cəmiyyətinin insan hüquqlarının qorunması ilə bağlı atacaqları addımlar getdikcə daralır: “Hər bir şəxsin hüquqlarının qorunması bizim hər birimizdən asılıdır. İnsan haqlarının müdafiəçiləri hələ də təqiblərə məruz qalırlar. Dayanıqlı inkişaf üçün yoxsulluğun aradan qaldırılması insan hüquqlarının yaxşılaşmasına yönəlmiş addımdır”.
AMEA Hüquq və İnsan Haqları Institutunun direktoru, Milli Məclisin cdeputatı Aytən Mustafayeva deyib ki, bu gün dünyada insan hüquqlarına ən çox zərbəni terror və seperatizm vurur.
Azərbaycanın da terror qurbanı olduğunu deyən A.Musatafayeva qeyd edib ki, bu gün artq terror Avropanı da naahat edir: “Çünki terror artıq Avropaya da gəlib çatıb. Bu gün çağırışlar başqadır. BMT də bu çağırışlara, risklərə yeni baxış göstərməlidir. Biz hesab edirik ki, BMT yeni problemlərin həllinə dəstək verəcək”.