...

Elmar Məmmədyarov Vladimir Doroxini Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Siyasət Materials 18 Dekabr 2017 17:10 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olunub.

Səfir fəaliyyət müddəti ərzində Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirib və ölkələr arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğulayıb. V.Doroxin həmçinin Azərbaycanın sabitliyi və tərəqqisi istiqamətində Azərbaycan hökumətinə uğurlar arzulayıb.

E.Məmmədyarov fəaliyyəti müddətində V.Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti