...

Lukaşeviç: Rusiya ATƏT-in İtaliya sədrliyinin Qarabağ münaqişəsinin həlli prosesində səylərini dəstəkləyəcək

Siyasət Materials 12 Yanvar 2018 07:56 (UTC +04:00)
Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək.
Lukaşeviç: Rusiya ATƏT-in İtaliya sədrliyinin Qarabağ münaqişəsinin həlli prosesində səylərini dəstəkləyəcək

Bakı. Trend:

Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

"Bərabərhüquqlu əməkdaşlıq əvəzinə "ikili standartlar" görürük və ayrı-ayrı millətlərin və ölkələrin "müstəsnalığı" barədə bəyanatlar eşidirik. Bütün bunlar problemləri və münaqişələri həll etməyə kömək etmir, əksinə onları yaradır", - deyə Lukaşeviç bildirib.

O həmçinin qeyd edib ki, Moskva sədrliyin regional münaqişələrin həlli üzrə səylərinin davam etdirilməsini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti