...

Azərbaycan-Bolqarıstan əməkdaşlığının möhkəmləndirilməsi perspektivləri müzakirə olunub (FOTO)

Siyasət Materials 19 Yanvar 2018 10:51 (UTC +04:00)
Bolqarıstanda səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmiləri arasında iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində perespektivlər müzakirə olunub.
Azərbaycan-Bolqarıstan əməkdaşlığının möhkəmləndirilməsi perspektivləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Bolqarıstanda səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmiləri arasında iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində perespektivlər müzakirə olunub.

Səfərdə iştirak edən Milli Məclisin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri Rauf Əliyev Trend-ə bildirib ki, Azərbaycan parlamentinin nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhəhərində rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Millət vəkilləri R.Əliyev, Ağacan Abiyev və Sabir Hacıyevin iştirak etdiyi nümayyəndə heyəti Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə birlikdə Bolqarıstanın xarici işlər nazirinin müavini Yuri Şterklə görüşüblər.

Görüşdə iki ölkə arasında mövcud olan diplomatik münasibətlərin və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər və bu sahələrdəki perespektivlər barəsində fikir mübadiləsi aparılıb.

Eyni zamanda, iki ölkə parlamentləri arasında əlaqələrin genişləndirilməsində, eləcə də digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində belə səfərlərin müsbət rol oynadığı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti