...

Aİ: GUAM regional əməkdaşlıq formatı kimi mühim rol oynayır

Siyasət Materials 26 Yanvar 2018 18:14 (UTC +04:00)
GUAM regional əməkdaşlıq formatı kimi mühim rol oynayır.
Aİ: GUAM regional əməkdaşlıq formatı kimi mühim rol oynayır

Bakı. Nigar Quliyeva - Trend:

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM həll olunmamış münaqişələrdən əziyyət çəkən ölkələr üçün regional əməkdaşlıq formatı kimi mühim rol oynayır.

Trend-in məlumatına görə, bu barədə ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında Avropa İttifaqının (Aİ) təşkilatdakı Daimi nümayəndəliyinin ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelinin çıxışına cavab olaraq yaydığı bəyanatda bildirilir.

G.Tseretelinin 2017-ci ilin dekabrında Tbilisidə GUAM Parlament Assambleyasına səfərinə toxunan nümayəndəlik qeyd edib ki, həlli uzanmış münaqişələrin həllinə göstərilən diqqəti alqışlayır:

"ATƏT Parlament Assambleyasının əməkdaşı olmaqla yanaşı, GUAM davam edən və həlli uzanmış münaqişələrdən əziyyət çəkən ölkələr arasında regional əməkdaşlıq formatı kimi mühüm rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti