...

Deputat: Bəzi ərazilərdə insanlar öz evlərində qeydiyyata düşə bilmirlər

Siyasət Materials 1 Fevral 2018 13:29 (UTC +04:00)
Bakıda qanunsuz tikililərlə əlaqədar məsələnin həlli üçün tədbirlər görülməlidir.
Deputat: Bəzi ərazilərdə insanlar öz evlərində qeydiyyata düşə bilmirlər

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda qanunsuz tikililərlə əlaqədar məsələnin həlli üçün tədbirlər görülməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Elmira Axundova parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, illər öncə ölkənin müxtəlif regionlarında, xüsusulə də Abşeron rayonunda qeydiyyatda kənd təsərrüfatı sahələri kimi olan ərazilərdə fərdi evlər inşa edilib və illərdir ki, insanlar həmin ərazilərdə yaşayır, hətta oğul evləndirib, qız köçürdüblər: “Lakin bu ərazilərin qeydiyyatda kənd təsərrüfatı torpaqlarına aid olunması onların vəziyyətinin çətinləşdirilməsinə səbəb olur".

Deputatın sözlərinə görə, sözügedən ərazilərdə yaşayan insanların kommunal xidmətlərdən istifadə edib haqq ödədiyini nəzərə alsaq, onların qeydiyyata düşməməsi problemlərə səbəb olur: “Bu ərazilərlə bağlı kompleks yanaşma olmadığından sözügedən ərazilərdə yaşayan insanlar nə qeydiyyata düşə, nə də çıxarış ala bilirlər”.

Problemin həlli ilə bağlı iki variantın olduğunu deyən deputat söyləyib ki, ya tikililər sökülüb kənd təsərrüfatı torpaqları kimi istifadə edilməli, ya da həmin ərazilər yaşayış yeri kimi qeydiyyata salınmalıdır: “İlk varianta üstünlük verilsə, insanların sosial vəziyyətində problemlər yarana blər. Lakin ikinci variantda vətəndaşlar mülkiyyət hüququnu əldə etməklə öz evlərində qeydiyyata düşə bilərlər. Belə olan halda, qeydiyyata alınan tikililər vergiyə cəlb olunacaq və nəticə etibarilə büdcəyə pul gələcək. Bu problemin həlli minlərə ailənin sevincinə səbəb olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti