...

MDB PAA monitorinqlərə başlayıb

Siyasət Materials 13 Fevral 2018 12:02 (UTC +04:00)
MDB PAA DİMBİ Bakı filialı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar olaraq təsdiq olunmuş İş Planına əsasən uzunmüddətli monitorinqlərə başlayıb.
MDB PAA monitorinqlərə başlayıb

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PAA) DİMBİ Bakı filialı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar olaraq təsdiq olunmuş İş Planına əsasən uzunmüddətli monitorinqlərə başlayıb.

Qurumdan Trend-ə verilən məlumata görə, müxtəlif istiqamətlərdə həyata keçiriləcək monitorinqlər seçkilərin elan olunmasından rəsmi nəticələrin dərc olunmasınadək olan müddəti əhatə edəcək.

Qurumun Bakı filialı nəzdində yaradılan Qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları yaradılacaq və ekspertlər bu bölgələrdə monitorinq aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti