...

Məzahir Pənahov: Azərbaycanda keçirilən seçkilər digər ölkələr üçün nümunə ola bilər

Siyasət Materials 15 Fevral 2018 11:18 (UTC +04:00)
Azərbaycanda keçirilən seçkilər digər ölkələr üçün nümunə ola bilər.
Məzahir Pənahov: Azərbaycanda keçirilən seçkilər digər ölkələr üçün nümunə ola bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda keçirilən seçkilər digər ölkələr üçün nümunə ola bilər.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

M.Pənahov bildirib ki, Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik əsas amildir: "Biz çox şadıq ki, Azərbaycanda seçkilər həmişə ictimai-siyasi sabitlik şəraitində keçirilir".

MSK sədri qeyd edib ki, Azərbaycanda seçki komissiyaları böyük naliyyətlər əldə ediblər və Azərbaycanda keçirilən seçkilər digər ölkələr üçün nümunə ola bilər.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti