...

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Siyasət Materials 18 Fevral 2018 15:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti