...

Metyu Brayza: Saakyanın ABŞ-a səfəri Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığa təsir etməyəcək

Siyasət Materials 18 Mart 2018 17:18 (UTC +04:00)
Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin “başçısı” adlandıran Bako Saakyanın ABŞ-a səfəri Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığa təsir etməyəcək
Metyu Brayza: Saakyanın ABŞ-a səfəri  Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığa təsir etməyəcək

Bakı. Ləman Zeynalova - Trend:

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin "başçısı" adlandıran Bako Saakyanın ABŞ-a səfəri Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığa təsir etməyəcək.

Bu barədə Trend-ə ABŞ-ın Azərbaycanda keçmiş səfiri, Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.


"Bu, Saakyanın ABŞ-a ilk səfəri deyil. Bundan əlavə, o, ABŞ hökuməti tərəfindən heç bir sponsorluqla təmin edilmir. Keçmişdə olduğu kimi, onun ABŞ hökumətində rəsmilərlə heç bir görüşləri nəzərdə tutulmayıb, bəlkə, ola bilsin ki, ABŞ-dan olan Minsk qrupunun həmsədri istisna olmaqla, o da qeyri-rəsmi. Beləliklə, Saakyanın bu hərəkətlərini ABŞ hökuməti şəxsi səfər kimi qəbul edir və bu, Azərbaycanla ABŞ arasında strateji münasibətlərə heç bir təsir göstərməyəcək", - deyə o bildirib.

M.Brayza qeyd edib ki, bundan əlavə, onun Kongressin bəzi üzvləri ilə görüşü mümkündür, məsələn senator Robert Menendezlə:

"Lakin Menendez artıq uzun illərdir ki, korrupsiya fəaliyyətinə görə FTB tərəfindən istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxacaq. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, o, mənim Azərbaycanda səfir təyin edilməyimə mane olmaq istəyib. O, Amerika Milli Kongressinin təsiri altındadır, bu təşkilatın avvəlki prezidenti isə məhkum olunmuş cinayətkardır. Ona görə də mən Saakyanın korupsiyaya uğramış Menendezlə hər hansı görüşlərinə xüsusi əhəmiyyət verməzdim".

Xatırladaq ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti