Müdafiə Nazirliyi: Hazırda Ermənistan tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb

Müdafiə Nazirliyi: Hazırda Ermənistan tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb

Bakı. Trend:

Hazırda Ermənistan tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb.

Bunu Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı aprel döyüşlərinin hərbi nəticələrini şərh edərkən deyib.

V.Dərgahlı bildirib ki, 2016-cı ilin aprel ayının 2-dən 5-dək cəbhə xəttində gərginliyin artmasının və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlar törətmək cəhdinin qarşı tərəfdən əvvəlcədən planlaşdırılması şübhəsizdir: "Hadisələrin səbəb və nəticələrini təhlil edərkən məhz bu tarixlər çərçivəsində deyil, bir qədər əvvələ baxmaqla qoşunların təmas xəttində Ermənistanın təxribatlar törətmək üçün istənilən məqamdan istifadə etməsinin şahidi oluruq. 2014-cü ilin oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən dərhal sonra Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 46 min nəfərdən artıq şəxsi heyətin və 5 mindən çox texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Məhz bu təlimlərdə Ermənistanın Erebunu hərbi bazasında dislokasiya olunan Mi-24 tipli helikopteri açıq şəkildə mövqelərimizə hücum etdi və bölmələrimiz tərəfindən məhv edildi".

Onun sözlərinə görə, bu dövrdən başlayaraq cəbhə xəttində, eləcə də dövlət sərhəddində Ermənistan məqsədyönlü şəkildə gərginliyi artırır və təxribatlar törətməyi davam etdirirdi. Hətta əsas hədəf kimi dövlət sərhəddi seçilmişdi ki, bu da Ermənistanın münaqişəyə üçüncü dövləti cəlb etmək məqsədini daşıyırdı:

"Eyni zamanda hələ 2015-ci ilin əvvəllərindən etibarən Ermənistanın hərbi doktrinasında əsaslı dəyişikliklərin edilməsi prosesi başladı. Ermənistanın siyasi və hərbi rəhbərliyində olan müxtəlif şəxslər “DQR” ətrafındakı “təhlükəsizlik qurşağı”nın genişləndirilməsi məsələsini gündəmə gətirərək gələcək işğalçılıq fəaliyyətləri üçün ideoloji zəmin yaratmağa cəhd göstərirdilər".

Nazirlik rəsmisi bildirib ki, 2015-ci ilin payızından etibarən fəallaşan erməni tərəfi qoşunların təmas xətti boyunca yerləşən mövqelərimizi və cəbhə yaxınlığındakı yaşayış məntəqələrini intensiv atəşə tuturdu. Düşmən cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə dəfələrlə kəşfiyyat-təxribat fəaliyyətinə cəhd göstərirdi:

"2016-cı ilin mart ayının ortalarından başlayaraq Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq sərhədyanı yaşayış məntəqələrinin və təmas xəttinin bilavasitə yaxınlığında yerləşən kəndlərin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi. Erməni tərəfi iriçaplı silahlardan, qumbaraatan, minaatan, eləcə də kalibri 120 mm-dən yuxarı olan artilleriya sistemlərindən istifadə etməyə başladı. Azərbaycan Ordusunun bölmələri hər dəfə düşmənə zərbə vuraraq onu canlı qüvvə və döyüş texnikası sarıdan itkiyə məruz qoyurdu. Hərbi cəhətdən iflasa uğrayan Ermənistanın kriminal hərbi siyasi-rejimi cəbhədəki uğursuzluqlarının əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə cəhd göstərdi. Belə ki, 2016-cı ilin aprel ayının 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Eyni zamanda qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı".

O əlavə edib ki, qarşı tərəfin hərbi aktivliyini genişləndirməsinə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə komandanlıq tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verildi:

"Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi hissələr, artilleriya bölmələri və digər qoşun növlərinin birgə əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə erməni silahlı bölmələrinə qarşı cavab tədbirləri görüldü. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları müəyyənləşdirildi, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarıldı".

V.Dərgahlı vurğulayıb ki, əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı:

"Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu bəzi kəndlərin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi".

Polkovnik qeyd edib ki, erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı: "Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.

Ermənistandan əlavə hərbi qüvvə, o cümlədən könüllü adı altında dünyanın müxtəlif qaynar nöqtələrindən muzdlu döyüşçülər gətirməklə düşmən itirdikləri ərazilərin geri qaytarılmasına dəfələrlə cəhd göstərdi, lakin hər dəfə tutarlı cavab alaraq geri oturduldu. Bu döyüşlər zamanı düşmən tərəfinin Ermənistadakı demək olar ki, bütün hərbi qüvvələrini əməliyyatlara cəlb etməsinə baxmayaraq, Azərbaycan Ordusu hərbi əməliyyatlara yalnız müdafiənin ön xəttində yerləşən qüvvələrinin bir qismini cəlb etmişdi".

Nazirliyin mətbuat katibi bildirib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi bu əks-həmlə əməliyyatının əsas məqsədi erməni hərbi birləşmələrinə zərbə vuraraq onları təmas xəttində yerləşən kəndlərimizdə yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq törətdikləri təxribatlarının qarşısının alınması və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələrinin təsirinin azaldılmasından ibarət idi. Bu tapşırıq da uğurla yerinə yetirildi:

"Hazırda da düşmən tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb. Bu hadisələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyində baş verən proseslər qonşu “dövlətin” idarəçilik aparatındakı, o cümlədən hərbi strukturundakı problemləri, boşluqları ortaya çıxardı".

V.Dərgahlı deyib ki, bu gün də Azərbaycan Ordusu qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və istənilən təxribatların qarşısını almağa hazırdır:

"Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun fəaliyyətinə ən böyük qiyməti ölkə Prezidenti cənab İlham Əliyev verdi. Ali Baş Komandanın “aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir” - fikri aprel əməliyyatlarına verilən ən yüksək qiymətdir".

2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Loading Bars
Xəbər lenti
Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib - Arzu Nağıyev
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb
3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edilib
2030-cu ilə qədər piyada zonaları genişləndiriləcək - Yeni layihə hazırlanıb
Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib - Agentlik sədri
ADU-da "Azərbaycan və Çin gəncləri: dünən, bu gün, sabah" adlı seminar keçirilib
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
Tərtərdə qadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Qəbələnin Nic qəsəbəsində yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
Astarada apteki qarət edən şəxs saxlanılıb
Ötən həftə 140 hektara yaxın ərazi minalardan təmizlənib
Azərbaycanda 250 kilometr uzunluğunda velosiped yolu çəkiləcək
Bərpa olunan enerji mənbələrindən istifadədə dövlətin vəzifələri müəyyənləşib
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə telefonla zəng edib
Bərpa olunan enerji üzrə qiymətlər bu qaydalarla müəyyənləşdiriləcək
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur (VİDEO)
Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişiklik edilib
SOCAR bu tarixdən yeni istiqrazlar buraxır
AzTV-dən maliyyə yoxlaması barədə açıqlama
DSX əməkdaşlarının öldürülməsilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olundu
Azərbaycan İtaliyaya yeni məhsul ixracına başlayıb
İki xəstəxanada kobud pozuntular aşkarlanıb - Sənədlər prokurorluğa göndərilib
İranda güclü zəlzələ olub, yaralılar var
Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı
Salyanda 5 kəndin yolu yenidən qurulur (FOTO)
Mayın 17-də xarici valyutaların manata qarşı məzənnələri
Hipertoniyadan əziyyət çəkənlərin yarısının öz xəstəliyindən xəbəri yoxdur - SN
Şəkidə ağır yol qəzası, ölən var
Bütün xəbərlər