...

Qazaxıstanlı politoloq: Azərbaycan ardıcıl və inklüziv xarici siyasət aparır

Siyasət Materials 2 Aprel 2018 20:58 (UTC +04:00)
Azərbaycan ardıcıl və inklüziv xarici siyasət aparır.
Qazaxıstanlı politoloq: Azərbaycan ardıcıl və inklüziv xarici siyasət aparır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan ardıcıl və inklüziv xarici siyasət aparır.

Bunu Trend-ə Qazaxıstanın Beynəlxalq Münasibətlər Şurasının direktoru İskəndər Akılbayev deyib.

İ.Akılbayevin sözlərinə görə, rəsmi Bakı hər zaman regional və beynəlxalq təhlükəsizlik sahələrində konstruktiv yanaşma sərgiləyib:

“Cənubi Qafqaz regionu strateji tranzit və enerji qovşağıdır. Bununla yanaşı, Azərbaycan regionda terror və ekstremizm təhdidlərinə müqavimət göstərilməsində vacib rol oynayır”.

Azərbaycanda aprelin 11-də baş tutacaq prezident seçkilərini şərh edən İ.Akılbayev qeyd edib ki, səsvermə zamanı sabitlik və ardıcıl siyasətə tələbat əsas rol oynayacaq:

“Qeyd etmək lazımdır ki, beynəlxalq qeyri-müəyyənlik zamanı sabitlik istənilən ölkənin vacib aktividir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti