...

Seçki günü dairə və məntəqələr qüsursuz şəkildə elektrik enerjisi ilə təchiz olunub

Siyasət Materials 12 Aprel 2018 12:16 (UTC +04:00)
Aprel ayının 11-də keçirilən prezident seçkiləri günü ilə bağlı “Azərişıq” ASC seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn bütün vəzifələri uğurla həyata keçirib.
Seçki günü dairə və məntəqələr qüsursuz şəkildə elektrik enerjisi ilə təchiz olunub

Bakı. Trend:

Aprel ayının 11-də keçirilən prezident seçkiləri günü ilə bağlı “Azərişıq” ASC seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn bütün vəzifələri uğurla həyata keçirib.

ASC-dən Trend-ə verilən məlumata görə, seçki günü dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerji təchizatında heç bir problem yaranmayıb.

"Baxmayaraq ki, seçki ilə əlaqədar müvafiq nöqtələrə ehtiyat generatorları quraşdırılmışdı, amma onlara belə ehtiyac olmayıb, bütün dairə və məntəqələr elektrik enerjisi ilə tam təchiz edilib". - ASC-dən bildirilib.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti