...

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin iclasında iştirak edir

Siyasət Materials 17 Aprel 2018 10:54 (UTC +04:00)
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin iclasında iştirak edir.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin iclasında iştirak edir

Bakı. Ləman Zeynalova - Trend:

Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin xarici işlər nazirlərinin növbəti iclası öz işinə başlayıb.

Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizi tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edir.

İclas iştirakçıları İqtisadi Əməkdaşlıq Təşkilatının layihə və proqramlarının icrası vəziyyəti, İƏT Katibliyinin beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı, İƏT-in Əfqanıstana yardım üzrə Yeni Proqramının qəbulu, həmçinin təşkilatın inzibati və maliyyə məsələlərini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti