...

Prezident İlham Əliyev: Biz çox şadıq ki, dünya əhəmiyyətli tədbir olan Formula 1 üçüncü dəfə Bakıda keçirilir

Siyasət Materials 29 Aprel 2018 21:15 (UTC +04:00)
Biz çox şadıq ki, dünya əhəmiyyətli tədbir olan Formula 1 üçüncü dəfə Bakıda keçirilir.
Prezident İlham Əliyev: Biz çox şadıq ki, dünya əhəmiyyətli tədbir olan Formula 1 üçüncü dəfə Bakıda keçirilir

Bakı. Trend:

Biz çox şadıq ki, dünya əhəmiyyətli tədbir olan Formula 1 üçüncü dəfə Bakıda keçirilir.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Prezident İlham Əliyev "Fox Sport" televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı Formula 1-in dünya əhəmiyyətli bir tədbir olduğunu qeyd edib:

"Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir. Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq".

Müxbirin "Siz bu küçələri tanıyırsınız, bu gün kim qalib gələcək?" sualına cavabında Prezident İlham Əliyev bildirib:

"Mən bilmirəm. Hər kəsə qalib olmağı arzu edirəm və qalib gələn hər kəs burada qəhrəman olacaq".

Müxbir: "Təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti