Bakı. Trend:
Fransanın xarici işlər naziri Jan-İv Lö Drian 27 may tarixində Azərbaycana səfər edəcək.
Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.