Bakı. Trend:
Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Mulatu Teşomeyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".