...

Bəhruz Quliyev: "Cənub Qaz Dəhlizi" Azərbaycana əlavə dividendlər gətirəcək

Siyasət Materials 1 İyun 2018 15:11 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" Azərbaycana əlavə dividendlər gətirəcək.
Bəhruz Quliyev: "Cənub Qaz Dəhlizi" Azərbaycana əlavə dividendlər gətirəcək

Bakı. Elçin Mehdiyev - Trend:

“Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Bu, dünya neft-qaz sənayesində son vaxtlara qədər reallaşdırılan ən mühüm layihə olaraq tarixə yazıldı”.

Bu fikirləri Trend-ə ekspert Bəhruz Quliyev “Cənub Qaz Dəhlizi”nin mahiyyətini şərh edərkən deyib.

B.Quliyevin sözlərinə görə, artıq Avropanın enerji təhlükəsizliyini təmin edəcək bu layihə çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 6 ölkə və 11 şirkəti özündə əhatə edir: “Əbəs deyil ki, açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyinin təminatçısı olduğunu xüsusilə vurğuladı və qeyd olundu ki, iqtisadi qüdrəti olan ölkəmiz regional və s. layihələrdə həm təşəbbüskar, həm də iştirakçı rolunda uğurlar qazanır. Məhz “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi bu uğurların məntiqi nəticəsidir”.

Ekspert layihənin digər mahiyyətləri barədə də danışaraq bildirib ki, bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək: “Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Çünki son illər ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olaraq qalmaqdadır. Bu layihə Azərbaycan üçün yeni imkanlar açmaqla yanaşı, tərəfdaş ölkələrə də öz töhfələrini verəcək. Hələ “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində çıxış edərkən ölkə başçımız qeyd etmişdi ki, bu layihə tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Yəni bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Belə ki, bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Məhz bu amilləri də nəzərə alsaq, Azərbaycanın istər Avropa məkanında, istərsə də dünyadakı yeri daha aydın görünür”.

B.Quliyev son olaraq onu da bildirib ki, bu layihə yalnız Avropanın enerji təhlükəsizliyinin deyil, eləcə də ölkəmizin təhlükəsizliyinin təminatçısıdır: “Çünki iqtisadi qüdrətimiz buna imkan verir ki, Azərbaycandakı sabitlik, inkişaf, tərəqqi davamlı olsun. Ölkəmiz “Cənub Qaz Dəhlizi” layihəsini gerçəkliyə çevirərək daha böyük uğurlara qədəm qoydu ki, bundan da Azərbaycan xalqı, dövlətimiz öz bəhrəsini götürəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti