Bakı. Trend:
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.
Trend-in "Moscow-Baku"ya istinadən verdiyi məlumata görə, Dövlət Dumasının sədrinin səfəri iyunun 24-ə planlaşdırılıb.
Səfər zamanı V.Volodin Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.