...

AŞ PA-da Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında hesabat təqdim olunacaq

Siyasət Materials 6 İyun 2018 13:30 (UTC +04:00)

Bakı. Ləman Zeynalova – Trend:

Azərbaycanda aprelin 11-i keçirilmiş prezident seçkiləri haqqında hesabat Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında təqdim olunacaq.

Trend-in məlumatına görə, yay sessiyası 25-29 iyun tarixlərində Strasburqda baş tutacaq.

Qeyd olunur ki, hesabat prezident seçkilərini müşahidə etmiş 33 nəfərdən ibarət AŞ PA nümayəndə heyətinin rəhbəri Viorel Riserd Badea tərəfindən təqdim olunacaq.

Bundan başqa, yay sessiyası zamanı AŞ PA-nın yeni prezidenti və bir sıra komitələrinin üzvlərinin seçiləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti