...

Avropalı ekspert: TAP Azərbaycan üçün yeni üfüqlər açır

Siyasət Materials 4 Avqust 2018 12:22 (UTC +04:00)
Transadriatik boru kəməri (TAP) layihəsinin ABŞ və Avropa tərəfindən dəstəklənməsi ilk növbədə Azərbaycana regionda enerji ehtiyatlarının nəqli ilə bağlı etimadın olmasını ifadə edir
Avropalı ekspert: TAP Azərbaycan üçün yeni üfüqlər açır

Bakı. Mətanət Nəsibova - Trend:

Transadriatik boru kəməri (TAP) layihəsinin ABŞ və Avropa tərəfindən dəstəklənməsi ilk növbədə Azərbaycana regionda enerji ehtiyatlarının nəqli ilə bağlı etimadın olmasını ifadə edir.

Bunu Trend-ə enerji məsələləri üzrə avropalı ekspert İqor Tsaraniç deyib.

İ.Tsaraniçin sözlərinə görə, Avropa ölkələri xüsusilə enerji sahəsində Azərbaycanla əməkdaşlığa üstünlük verirlər:

“Bu baxımdan TAP Avropa üçün, xüsusilə də Azərbaycan qazının daxil olacağı İtaliya və Bolqarıstan üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Təkcə ona görə yox ki, Azərbaycan neft ölkəsidir, həm də ona görə ki, Azərbaycandan enerji ehtiyatlarının daşındığı vacib tranzit yolları keçir. Bu isə ölkədə həyata keçirilən və enerji ehtiyatlarının tədarükü marşrutlarının şaxələndirilməsinə yönəlmiş düşünülmüş iqtisadi siyasətin nəticəsidir”.

Ekspert əlavə edib ki, “Şahdəniz” yatağından Avropaya təbii qaz tədarükü Azərbaycan milli iqtisadiyyatına müsbət təsir göstərəcək və ölkənin xarici bazarlarda imkanlarını genişləndirəcək.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti