...

Tacikistanla Azərbaycan alüminium tranziti həcmlərinin və gil-torpaq tədarükünün artırılmasını müzakirə edəcək

Siyasət Materials 8 Avqust 2018 11:31 (UTC +04:00)
Azərbaycandan Tacikistana gil-torpaq tədarükünün və alüminiumun Azərbaycan vasitəsilə tranziti həcmlərinin artırılması müzakirə ediləcək.
Tacikistanla Azərbaycan alüminium tranziti həcmlərinin və gil-torpaq tədarükünün artırılmasını müzakirə edəcək

Bakı. Trend:

Azərbaycandan Tacikistana gil-torpaq tədarükünün və alüminiumun Azərbaycan vasitəsilə tranziti həcmlərinin artırılması müzakirə ediləcək.

Trend-in məlumatına görə, bu barədə Tacikistan hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu məsələ Tacikistan Prezidenti Emoməli Rəhmonun avqustun 10-11-i Bakıya səfəri zamanı müzakirə olunacaq:

“Gələn il dünya bazarında alüminiumun qiyməti yüksək olacaq. Ona görə də ölkə 2019-cu ildə bu metalın istehsalını 245,5 tonadək artırmağı planlaşdırır. Bununla əlaqədar olaraq da Bakıda keçiriləcək danışıqlar zamanı əsas mövzulardan biri Tacikistan alüminiumunun Azərbaycan vasitəsilə tranziti həcmlərinin və Azərbaycandan Tacikistana gil-torpaq tədarükünün artırılması olacaq”.

Qeyd edək ki, Tacikistanla Azərbaycan arasında ticarət dövriyyəsinin əsas həcmini “TALKO” şirkətinin məhsulları təşkil edir. Bu məhsullar Azərbaycanın dəniz və dəmir yolları ilə Avropaya nəql olunur. Tacikistan Azərbaycandan gil-torpaq, koks və digər xammal növlərini alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti