...

"ASAN ödəniş" sistemi "www.azexport.az" portalı ilə inteqrasiya olunacaq

Siyasət Materials 27 Avqust 2018 18:13 (UTC +04:00)
"ASAN ödəniş" sistemi "www.azexport.az" portalı ilə inteqrasiya olunacaq
"ASAN ödəniş" sistemi "www.azexport.az" portalı ilə inteqrasiya olunacaq

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 7.22-ci bənd əlavə edilir:

“7.22. “www.azexport.az” internet portalı vasitəsilə dövlət rüsumunun və digər ödənişlərin həyata keçirilməsi məqsədi ilə sistem portalla inteqrasiya olunur.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti