Bakı. Azad Həsənli - Trend:
NATO Azərbaycanın beynəlxalq təhlekəsizliyə verdiyini töhfəni alqışlayır. Bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay bildirib.
C.Appaturay deyib: “Azərbaycan bizim davamlı tərəfdaşımızdır. Biz həmişə Azərbaycanın beynəlxalq təhlükəsizliyə və NATO-nun Əfqanıstandakı səylərə verdiyi töhfəni alqışlayırıq“.
O xatırladıb ki, Azərbaycan NATO sülhməramlı missiyası üçün tranzit imkanları yaradır, həmçinin digər yollarla dəstək olur.
Xüsusi nümayəndə bildirib; “Bizim yaxşı əməkdaşlığımız var və mən bunun davam edəcəyini gözləyirəm”.