...

Azərbaycan Prezidenti Malinin dövlət başçısını təbrik edib

Siyasət Materials 21 Sentyabr 2018 18:14 (UTC +04:00)
Prezident İlham Əliyev Mali Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti Malinin dövlət başçısını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Mali Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mali arasındakı əlaqələr daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti