...

Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi iıə görüşüb (FOTO)

Siyasət Materials 26 Oktyabr 2018 20:40 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Hadi Süleymanpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi iıə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Hadi Süleymanpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov ECO məkanında həyata keçirilən regional iqtisadi layihələrin dəstəkləndiyini bildirərək, regionda beynəlxalq hüququn təməl prinsipləri əsasında sülhün və sabitliyin qurulmasına Azərbaycanın xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Nazir üzv dövlətlər arasında ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat verərək ECO üzv dövlətlərinin həmin layihələrdən faydalana biləcəyini diqqətə çatdırıb.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən H.Süleymanpur başçılıq etdiyi təşkilatın işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib və ECO çərçivəsində həyata keçirilən islahatlar və gələcək layihələr barədə Azərbaycan tərəfini məlumatlandırıb. Bakıda təşkil olunan və şəxsən qatıldığı sərmayələrin mühafizəsi və təşviqi mövzusunda müzakirələrdən razılıqla danışan baş katib bu sahənin ECO çərçivəsində yeni fəaliyyət istiqaməti təşkil etdiyini qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti