...

Nazir müavini: Bolqarıstan QDİƏT-də Azərbaycanın işini davam etdirəcək

Siyasət Materials 14 Dekabr 2018 14:36 (UTC +04:00)
Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) Azərbaycanın işini davam etdirəcək
Nazir müavini: Bolqarıstan QDİƏT-də Azərbaycanın işini davam etdirəcək

Bakı. Ləman Zeynalova - Trend:

Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) Azərbaycanın işini davam etdirəcək.

Trend-in məlumatına görə, bunu QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kraleva deyib.

O bildirib ki, QDİƏT regionun inkişafına xidmət edir:

“Bizim bütün fəaliyyət sahələrini, o cümlədən ticarət sahəsini əhatə edən 20-dən çox işçi qrupumuz var. Təşkilat öz işinin səmərəliliyini artırmağa çalışacaq”.

E.Kraleva qeyd edib ki, Azərbaycanın təşkilatda sədrliyi məhsuldar keçir.

O əlavə edib ki, QDİƏT layihələrin reallaşdırılmasına yönəlmiş təşkilat kimi qalmalıdır.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən QDİƏT-də sədrlik Bolqarıstana keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti