Deputat: Bütövlükdə cəmiyyət sosial şəbəkələrdən sui-istifadə hallarına müqavimət göstərməlidir

Deputat: Bütövlükdə cəmiyyət sosial şəbəkələrdən sui-istifadə hallarına müqavimət göstərməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Bütövlükdə cəmiyyət sosial şəbəkələrdən sui-istifadə hallarına müqavimət göstərməlidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, sosial şəbəkələr müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir, insan həyatı və münasibətlərinə ciddi təsir göstərən, hətta onların xarakterində dəyişikliklərə səbəb olan bir amildir: “O mənada ki, sosial şəbəkələr insanlar arasında məkan və məsafə məfhumunu aradan qaldırır, bir-birindən minlərlə kilometr aralıda olan fərdlərə asanlıqla təmasa girmək, həm ictimai məzmunlu fəaliyyətdə olmaq və müzakirələr aparmaq, həm də şəxsi əlaqələr qurmaq üçün geniş meydan açır. Bu baxımdan sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar. O da şübhəsizdir ki, sosial şəbəkələr məhz pozitiv niyyətlə – insanların ünsiyyətini asanlaşdırmaq, informasiya mübadiləsini sürətləndirmək hədəfi ilə yaradılıb. Lakin hər bir müsbət imkandan özünün mənfi məqsədləri, çirkin niyyətləri üçün istifadə edənlər də tapılır”.

Akademik vurğulayıb ki, Azərbaycan hakimiyyəti və şəxsən ölkə Prezidenti sosial medianın qeyd olunan müsbət cəhətlərini nəzərə alaraq, bu sahədə tam azadlıq və sərbəstliyi təmin edib:

“Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşdə söz və mətbuat azadlığı ilə bağlı ölkəmizə yönəlik iddiaları qətiyyətlə rədd edərək demişdi: “Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə – “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?!” Şübhə yoxdur ki, bu sözlərin deyilməsindən keçən iki ildən də artıq müddət ərzində Azərbaycanda həm internet, həm də sosial şəbəkə istifadəçilərinin sayı bir qədər də artıb. Halbuki bu azadlıq heç də dünyanın bütün ölkələrində təmin edilmir. Bir sıra ölkələrdə bu və ya digər səbəblərdən sosial şəbəkələrə çıxışa tam və ya qismən məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da zaman-zaman bununla bağlı haqlı narahatlığa söykənən müəyyən çağırışlar səslənsə də, Prezident İlham Əliyev azad internetin və sosial şəbəkələrin sərbəst fəaliyyətinin prinsipial tərəfdarı kimi çıxış edir. Təəssüflər olsun ki, ölkə başçısının dövlətimiz və cəmiyyətimiz üçün böyük və strateji əhəmiyyət daşıyan bu mövqeyi heç də bütün vətəndaşlar tərəfindən düzgün qiymətləndirilmir, yaradılmış imkandan sui-istifadə edən fərdlər və qruplar müşahidə olunur. Bir sıra hallarda isə bütün mənəvi-əxlaqi çərçivələrin aşılması ilə təhqirin, söyüşün baş alıb getdiyini görürük ki, buna da heç bir vəchlə biganə qalmaq olmaz”.

Millət vəkili qeyd edib ki, hazırda sosial şəbəkələr informasiya müharibəsinin, ideoloji mübarizənin meydanına çevrilib: “Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycanın sosial şəbəkə istifadəçiləri də bu istiqamətdə səmərəli fəaliyyət göstərməyə çalışmalıdırlar. Lakin bəzi üzdəniraq sosial şəbəkə fəalları bunun əvəzinə, daxildəki ən kiçik problemləri belə şişirdərək ölkəmizi gözdən salmaqla, bu azmış kimi, dövlət və hökumət rəhbərliyini, ölkə parlamentini hədəfə almaqla, necə deyərlər, düşməni sevindirmək, onun əlinə bəhanə vermək xətti tutublar. Əlbəttə, hər bir sosial şəbəkə istifadəçisinin istənilən dövlət qurumunun işində rastlaşdığı çatışmazlıqları tənqid etmək, qarşılaşdığı neqativ halları ictimaiyyətə çatdırmaq hüququ var və buna ölkəmizdə heç bir məhdudiyyət qoyulmur. Əksinə, çoxsaylı faktlar var ki, məhz sosial şəbəkələrdə bu və digər dövlət orqanının, vəzifəli şəxsin işindəki nöqsanlarla bağlı tənqidlərə adekvat reaksiya verilib və problemlər operativ surətdə aradan qaldırılıb. Lakin bəziləri bu imkandan da yararlanmaq istəməyib açıq təhqirlər yağdırmaq, qarşıdurma yaratmaq, ictimai aqressiyaya rəvac vermək yolu ilə getməyi üstün tuturlar”.

G.Baxşəliyeva əlavə edib ki, onlar bununla istər-istəməz Azərbaycanın düşmənlərinin maraqlarına xidmət etmiş olurlar, çünki sirr deyil ki, ölkəmizdəki sabitlik və davamlı inkişaf bir çox xarici qüvvələri, ilk növbədə bədnam qonşumuzu narahat edir. Ona görə sosial şəbəkələrdən söyüş və təhqir maşını kimi istifadə edərək ölkəmizin adına xələl gətirənlər düşmənin onların hərəkətlərindən məmnunluğunu görməli, dayanıb düşünməli və öz davranışlarına yenidən baxmalıdırlar:

“Aydındır ki, istənilən ölkədə bu və ya digər dövlət orqanının, yaxud məmurun fəaliyyətindən narazı qalan, hansısa şəxsi problemlərə görə qəzəbli olan insanlar ola bilər, lakin bu, heç bir halda bütövlükdə dövlətin və xalqın maraqlarını hədəfə almaq üçün əsas ola bilməz. O cümlədən, müəyyən səbəblərdən ölkəni tərk edib xaricdə məskunlaşan bəzi insanların da şəxsi incikliklərini milli problem kimi qələmə verməsi, fərdi iddialarını milli maraqlardan üstün tutması qətiyyən yolverilməzdir. Bütün narazılıqlar və tənqidlər qanuni vasitələrlə və əxlaq çərçivəsində ifadə olunmalıdır. Üstəlik, heç kəs öz pozulmuş haqqını başqasının hüququnu pozmaq yolu ilə bərpa edə bilməz. Sosial şəbəkələrdə nəsə yazan, yaxud müəyyən materialları paylaşan hər bir şəxs bunu unutmamalıdır”.

İnstitut direktoru deyib ki, şəxsi hikkə və maraqlar əslində sosial medianın predmeti olmamalıdır, çünki adından da göründüyü kimi, bu, sosial məzmun kəsb edən, ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi üçün bir platformadır:

“Hər şeyi kənara qoysaq, təhqir və söyüş ritorikası, başqasının şəxsi həyatını, ailəsini müzakirəyə çıxarmaq xalqımızın əsrlər boyu formalaşmış əxlaq və dəyərlərinə birbaşa həqarətdir. Ən dəhşətlisi budur ki, bu mənəviyyatsızlığa “Azərbaycan yanğısı” ilə bəraət qazandırılmasına cəhd olunur. Belələrinə bir söz demək olar: əgər sən Azərbaycanın minilliklərdən gələn, onun kimliyini və simasını müəyyənləşdirən milli dəyərlərini ayaq altına atır, onlara arxa çevirirsənsə, sənin Azərbaycan yanğın saxtakarlıqdan başqa bir şey deyildir. Nəhayət, o da nəzərə alınmalıdır ki, sosial şəbəkə istifadəçilərinin böyük bir hissəsini gənclər və yeniyetmələr təşkil edir. Və burada təhqir və söyüşlə yoğurulan, elementar ədəb-ərkan qaydalarına uyğun gəlməyən yazı və çıxışlar gənclərin mənəviyyatına və tərbiyəsinə son dərəcə mənfi təsir göstərir. Əgər bu rüsvayçı kampaniyanı aparanlar iddia etdikləri kimi, Azərbaycanı düşünürlərsə, onda Azərbaycanın gələcəyi olan gənclərin, yeniyetmələrin mənəvi tərbiyəsinə vurduqları zərbənin fərqində olmalıdırlar”.

Akademik sosial şəbəkələrin əhəmiyyətini və ictimai faydasını bir daha vurğulayaraq, onlardan çirkin məqsədlər üçün istifadəni, təhqir və özbaşınalıqları qətiyyətlə pislədiyini bildirib: “Bu sahədə geniş təbliğat və izahat işinin aparılmasını, vətəndaşlarımızın, ilk növbədə, ziyalıların öz mövqeyini bildirməsini önəmli sayıram. Söyüş və təhqir kampaniyasına rəvac verənlərə qarşı güclü ictimai qınaq, hər şeydən əvvəl, sosial şəbəkə istifadəçilərinin özləri tərəfindən sərt və mütəşəkkil reaksiya verilməlidir. Bir sözlə, xalqımıza yaraşmayan bu çıxışlara cəmiyyət özü cavab verməlidir”.

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Loading Bars
Xəbər lenti
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Sənaye və məişət tullantıları ilə bağlı 650 nəfər barəsində tənbeh tədbiri görülüb
Artıq 8 may ağrısı ilə deyil, 8 noyabr qüruru ilə yaşayırıq – Politoloq
Balakəndə əməliyyat, polis narkobaronu yaxaladı
Bu il Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlanıb
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib (FOTO)
Qadın cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb, müəssisə rəhbəri işdən azad edilib
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Şuşa azaddır! (VİDEO)
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
AHİK rəhbərliyi Fəxri xiyabana gedərək Ulu Öndərin xatirəsini yad ediblər (FOTO)
Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır - İsrailli ekspert
Son 2 ayda azad olunan ərazilərdə 10 yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Bakı Ali Neft Məktəbinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransları başa çatır (FOTO)
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub (FOTO)
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
CBC radiosunun Qarabağda yayımı başlayıb
Xaçmaz RİH başçısı İkinci dünya müharibəsi iştirakçısını evində ziyarət edib (FOTO)
Xəritələrin verilməməsi minatəmizləmə işini ləngidir: Yeni avadanlıqlar gətiriləcək - Trend TV-nin Füzulidən REPORTAJI
Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib (FOTO)
Keçmiş məhkum külli miqdarda narkotiklə saxlanılıb (FOTO/VİDEO)
Keçmiş bələdiyyə sədri barədə cinayət işi məhkəməyə göndərilib
İsveçdə 200 qvardiyaçı koronavirus simptomlarına görə hərbi təlimlərdən kənarlaşdırılıb
İranda ötən sutka koronavirusdan 283 nəfər ölüb
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil edilib - Gürcü gimnast
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Şuşa tam bərpa edildikdən sonra çiçəklənəcək və inkişaf edəcək - Oqtay Əsədov
Sabah arabir yağış yağacaq, külək əsəcək
Beynəlxalq Cüdo Federasiyası erməni idmançının azad edilməsinə görə Azərbaycana təşəkkür edib
Çovdar nekropolu ilə bağlı elmi tədqiqatların ikinci mərhələsinə başlanıb (FOTO)
Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib (FOTO)
I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsi qlobal informasiya məkanında rezonans doğurdu - Deputat
Bakı Slavyan Universitetinin müəllim və tələbələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Bakıda sənayedə istehsal olunmuş malların dəyəri açıqlanıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
YAP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Yol polisi yük maşınlarının sürücülərinə xəbərdarlıq etdi
Qarabağa və şəhidlərə həsr olunmuş fotobank istifadəyə verildi (FOTO)
Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)
Yenidən doğuluşun mübarək Şuşam!
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku davam edir (FOTO)
Azərbaycanda qızıl cüzi bahalaşıb
İki universitet arasında memorandum imzalanıb (FOTO)
FHN əməkdaşları bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Müdafiə Nazirliyi 9 May münasibətilə keçiriləcək tədbirləri açıqlayıb
Şəmkir sakinini güllələyib qətlə yetirən şəxsin məhkəməsi başlayır
Küçədə daha 2 koronavirus xəstəsi aşkarlandı
Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib - ANAMA (FOTO)
Gəncədə keçmiş məhkumdan 70 min manatlıq narkotik götürülüb (FOTO/VİDEO)
Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq
Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub (FOTO)
Prezident İlham Əliyevin müsahibələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir - Deputat
Azad Şuşa: Zəfərin simvolu, tarixi ədalətin və milli qürurun bərpası – Videolayihə
Ötən gün ölkədə 16 yanğın olub, 1 nəfər yanıb
Restoranda işçini elektrik cərəyanı vurub öldürdü
Şəkidə narkotik alverçisi saxlanılıb
Azərbaycan nefti ucuzlaşır
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü başlayıb (FOTO)
Bakıda Polad Həşimovun adına park salınır (FOTO)
Yanvar-mart aylarında 295 cinayət işinin istintaqı yekunlaşıb (VİDEO)
Şuşa artıq əbədi olaraq bizimdir - Deputat
AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirmişdi - Baş nazir
Neftçalada birmərtəbəli evdə yanğın olub
Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA
Koronavirusa yoluxan uşaqlarda güclü böyrək ağrısı olur - Pediatr-infeksionist
Mayın 8-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakıdakı Dünya Kuboku mənim üçün ilin ən çox gözlənilən yarışıdır - Litva gimnastı
Britaniyada koronavirusa daha 2 490 nəfər yoluxub
Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb
Fici sahillərində 6 bal gücündə zəlzələ olub
Bütün xəbərlər