...

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb

Siyasət Materials 21 Fevral 2019 17:44 (UTC +04:00)
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti