...

Prezident İlham Əliyev: Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub

Siyasət Materials 20 Mart 2019 11:00 (UTC +04:00)
Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub.
Prezident İlham Əliyev: Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub

Bakı. Trend:

Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub:

"Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik".

İlham Əliyev vurğulayıb ki, Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri inkişaf edir: "İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti