...

Xələf Xələfov: "Keşikçidağ" Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir

Siyasət Materials 27 May 2019 13:42 (UTC +04:00)
"Keşikçidağ" Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir
Xələf Xələfov: "Keşikçidağ" Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir

Bakı. Elçin Mehdiyev - Trend:

"Keşikçidağ" Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi:

"Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti