Akademik: Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı

Akademik: Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı

Bakı. İlhamə İsabalayeva - Trend:

Dahi şəxsiyyət Heydər Əliyevin qədirbilən xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri budur ki, doğma torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı!

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, 1993-cü ildə Azərbaycanın ənənəvi xarici düşmənləri və onların ölkə daxilindəki əlaltıları dövlətçiliyimizi yox olmaq həddinə çatdırmışdılar. Azərbaycan siyasi bir varlıq kimi Qafqazın xəritəsindən silinmək təhlükəsi qarşısında idi.

Y.Mahmudovun sözlərinə görə, inkarolunmaz həqiqətdir ki, məhz belə bir ağır tarixi şəraitdə, ümidsiz bir vəziyyətdə qalan Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı tarix boyunca dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərin, onların bitib-tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bildi, Heydər Əliyev zəkası qalib gəldi:

"Ötən əsrin 90-cı illərinin əvvəlində ölkə fırtınalı dənizdə sükançısı olmayan gəmiyə bənzəyirdi. Ən qorxulusu o idi ki, əgər vaxtilə bir çağırışa “Azadlıq” meydanına yüz minlərlə və daha çox Vətən övladı toplanırdısa, indi bu fəallıq artıq aradan qalxmışdı. Sanki xalqın mübarizə əzmini qırıb məhv etmişdilər. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Azərbaycanın xaricdəki düşmənləri daxildəki xəyanətkarlarla birləşmişdilər. Ermənilər isə Azərbaycanın torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq planlarını addım-addım həyata keçirirdilər. Daxilimizdəki satqınlar da Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Məsələn, əvvəllər Xalq Cəbhəsinin fəallarından olan birisi Lənkəran bölgəsində “Talış-Muğan Respublikası” yaratdığını elan etmişdi. Xalq Cəbhəsinin, hətta əvvəllər “Milli Qəhrəman” adı verilmiş digər nümayəndəsi isə hakimiyyətə can atırdı. O, xarici düşmənlərimizin buyruğu və köməyi ilə hakimiyyəti zorla ələ keçirməyə çalışırdı. Bu məqsədlə öz “hərbçiləri” ilə Bakı istiqamətində hücuma keçərək Navahı kəndi yaxınlığında düşərgə salmışdı. Burada Əbülfəz Elçibəyin tərəfdarları ilə Surət Hüseynovun dəstələri arasında atışma da baş vermiş, Vətən oğulları bir-birinin qanını axıtmışdılar. Mən bu dəhşətli mənzərənin canlı şahidiyəm. O zaman barışıq yaratmaq üçün bir neçə ziyalı ilə Navahıya getmişdik…

Mən cəbhə bölgələrini qarış-qarış gəzmişəm. Kərkicahanda, Xocalıda, Cəmillidə, Meşəlidə, Köhnəkənddə, Qubadlıda, Laçında gəncləri döyüşə ruhlandıranda hamı bir ağızdan deyirdi ki, bizi bu bəladan, fəlakətdən Heydər Əliyev xilas edəcəkdir, burada vaxt itirməyin, onu hakimiyyətə dəvət edin!".

Y.Mahmudov qeyd edib ki, bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayırsa, xalqımız Heydər Əliyev kimi qüdrətli bir tarixi şəxsiyyətə minnətdar olmalıdır:

"Bunu o zamanlar da bir ziyalı kimi düşünürdüm. Hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrlərdə Heydər Əliyev əslində bugünkü Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ideyaları ilə yaşayırdı. O çətin şəraitdə, blokada şəraitində, ona qarşı daxili qüvvələrin törətdiyi qəsd, onu hakimiyyətdən kənar etmək və s. kimi şəraitlərdə Heydər Əliyev təkcə Naxçıvan üçün yox, bütün Azərbaycan üçün düşünürdü. 1992-ci ilin noyabrında Naxçıvanda olub, onunla görüşlərdə iştirak etdim. Ondan sonra 1992-ci ilin dekabrında “Səs” qəzetində ardıcıl çıxış etdim ki, Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Yəni o zaman Azərbaycan xalqının müdrikliyinin nəticəsi idi ki, xalqımız o ağır şəraitdə düşünüb-daşınaraq, yeganə düzgün yol seçdi, Heydər Əliyevin hakimiyyətə qayıdışına nail oldu".

Akademik qeyd edib ki, hələ 1969-cu ildən, yəni Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxtdan Azərbaycanın yüksəlişi onun adı ilə bağlı idi. Azərbaycan o zaman inkişaf etmiş respublikalardan birinə çevrilmişdi: "Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdır. Ona görə də xalqımız düzgün hərəkət edərək, öz nicatını Heydər Əliyevdə gördü və o, xalqın təkidli tələbi ilə Azərbaycanın rəhbərliyinə dəvət olundu".

Heydər Əliyevin xalq arasında çox böyük nüfuza malik olduğunu deyən Y.Mahmudov qeyd edib ki, 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələrdə artıq qardaş qardaşın qanını tökmüşdü. Lakin Heydər Əliyevin Gəncəyə getməsi ilə sanki son həddə çatmış ehtirasların üzərinə sərin su çiləndi. Ulu öndərin qayıdışı onun böyüklüyünü, xalqına nə qədər bağlı olduğunu sübut edirdi. Çünki bundan bir az əvvəl ömrünün böyük hissəsini Azərbaycana həsr etmiş Heydər Əliyevi bəzi qüvvələr Binə Hava Limanında yerə enməyə, paytaxtda qərar tutmağa qoymamışdırlar:

"Buna görə də onun haqqı çatırdı ki, hakimiyyətə qayıtmaq çağırışlarına müsbət cavab verməsin! Amma o, bunu etmədi! Xalqımıza arxalanan Heydər Əliyev öz qətiyyəti ilə Vətəni 1994-cü ilin oktyabr və 1995-ci ilin mart sınaqlarından da çıxardı, ölkəni çapıb-talayan quldur dəstələrini tərk-silah etdi, Vətənimizdə sabitlik və əmin-amanlıq yaratdı, xalqımızda sabaha inam oyatdı. O zaman xalqımıza məhz bu lazım idi. Bu, o dövrdə, sözün əsl mənasında, çox böyük siyasi hünər idi! Bu gün mən bir ziyalı, bir tarixçi kimi xalqımıza bir daha səslənirəm ki, o zaman Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq, bir sərkərdə kimi real vəziyyətlə, tarixi şəraitlə hesablaşdı. Düşmənin və onun beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı".

Y.Mahmudov əlavə edib ki, Heydər Əliyev o zaman real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Bununla da Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılıb məhv edilməsinin qarşısını aldı - genefondumuzu xilas etdi. Akademik hesab edir ki, bu, Azərbaycan xalqının yaşaması, gələcəyi demək idi. Belə addımı o zaman yalnız Vətənin, xalqın gələcəyini düşünən, bunun üçün bütün varlığı ilə yanan böyük dövlət xadimi ata bilərdi:

"Heydər Əliyevin bir sözü o zaman böyük bir problemin həlli üçün kifayət idi. Biz “Talış-Muğan Respublikası” ilə bağlı hadisələrdə bunu gördük. Bir bəyanat kifayət etdi ki, xalq həmin prosesin qarşısını alsın. Eləcə də şimaldakı problemlər yoluna qoyuldu. Az müddət ərzində ordu quruculuğuna başlanıldı, silahlı dəstələr zərərsizləşdirildi. Mənim xatirimdədir, həmin arada mən Balakən rayonunu, bütün Şimal-Qərbi Azərbaycanı qarış-qarış gəzmişəm. O vaxt bu diyarın dağ yollarında maşınlar quldur dəstələrinin qorxusundan hərəkət etmirdi. Amma Heydər Əliyev hakimiyyətə gələn kimi bunlara son qoyuldu. Yaxud da atəşkəs böyük əhəmiyyətə malik idi. Çünki atəşkəs dövründə biz özümüzə gəlməyə, haqq səsimizi dünyaya çatdırmağa imkan qazandıq. Hansı ki, o vaxta qədər dünya elə bilirdi ki, Dağlıq Qarabağ Ermənistanın ərazisidir və Azərbaycan oranı işğal etmək istəyir. Məhz Heydər Əliyevin gördüyü böyük işlər sayəsində biz ədalətin kimin tərəfində olduğunu bütün dünyaya çatdıra bildik. Yəni Heydər Əliyev kiçik xalqın övladı olsa da, böyük xalqların böyük şəxsiyyətlərindən daha ucada duran dahi idi. Və bu böyük şəxsiyyət olmasaydı, biz həmin bəlalara qalib gələ bilməzdik! Heydər Əliyev Atatürk, Cavahirləl Nehru, Corc Vaşinqton, Bismark, De Qoll kimi məşhur siyasi xadimlərlə bir sırada duran insandır. Hansı ki, məhz bu cür şəxsiyyətlər mənsub olduqları xalqı çıxılmaz böhran anlarından çıxara bilirlər!"

BMM "Qədim milli alətlərimiz" rubrikasından Qolça qopuz aləti haqqında mühazirəni təqdim edib (VİDEO)
BMM "Qədim milli alətlərimiz" rubrikasından Qolça qopuz aləti haqqında mühazirəni təqdim edib (VİDEO)
"YouTube"da "We Are One" beynəlxalq film festivalına start verilir
"YouTube"da "We Are One" beynəlxalq film festivalına start verilir
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
Loading Bars
Xəbər lenti
Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək
Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır
Cəlilabadda narkotacir qohumlar 6 kiloqram narkotiklə saxlanıldılar (FOTO)
Sumqayıtda ağır qəza - Ölənlər var
Atəşkəs 29 dəfə pozulub
Vüqar İskəndərov: İndiki milli satqınlar dediyimiz o cinayətkar ünsür dəstəsi, o vaxtın donos yazanlarından fərqlənmir
Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri zərərsizləşdirildi
Bəxtiyar Əliyev: Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
İsveçrədə 28 May - Respublika Günü münasibəti ilə vebinar konfrans keçirilib
Səudiyyə Ərəbistanında məscidlər açılacaq
Azərbaycan Türkiyədən dənli və paxlalı bitki ixracını artırıb
Tunis prezidenti fövqəladə vəziyyət rejimini altı ay uzadıb
Türkiyədə qəza baş verib: ölənlər var
Bakıda taxta bazarı ərazisində yanğın olub
ABŞ-ın Minneapolis şəhərində komendant saatı tətbiq olunub
"Twitter"in işində problem yaranıb
Misirdə sutkada koronavirusdan ən çox ölüm faktı qeydə alınıb
Moskvada koronavirusa yoluxan daha 78 xəstə ölüb
Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 107 mindən çox artıb
Ucarda 4 otaqlı ev yanıb
"Brent" markalı neftin qiyməti 38 dollardan yuxarı qalxıb
ABŞ-da ən böyük kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib
Pərvin Kərimzadə: “Qobu Park-3” ardıcıl və məqsədyönlü siyasətin davamıdır
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Hikmət Babaoğlu: Sosial layihələrin məhdudiyyətsiz olaraq həyata keçirilməsi dövlətin vətəndaşın yanında olduğunun göstəricisidir
Türkiyədə son sutkada koronavirusdan 1 594 nəfər sağalıb
Jozef Borell: Koronavirusla mübarizədə birgə fəaliyyət planına ehtiyac var
ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan: Türkiyə mövcud imkanlarından istifadə edərək fərqli bir yerə gəlib
Pakistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Bütün sahələr üzrə karantin qaydalarını pozanlar məsuliyyətə cəlb ediləcək
Vətəndaşlar dövlətimizin başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik
Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq
Ramin Bayramlı: Təcridxanalarda koronavirusla bağlı epidemioloji vəziyyət sabitləşib
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA
Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilmir
Tural Gəncəliyev: Dağlıq Qarabağın erməni icması üçün yeganə təhlükəsizlik riski işğala əsaslanan hazırkı status-kvodur
TƏBİB: Xəstəxanalarda çarpayı fondu ilə bağlı hələ imkanlar var
Gələn ay işsizlərə birdəfəlik ödəmənin verilməsi Nazirlər Kabinetində müzakirə edilir
Karantin zamanı bank kreditləri necə ödənilməlidir? - Operativ Qərargah açıqlayır
Toy mərasimlərinin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA
Ramin Bayramlı: Həftə sonları xüsusi karantin rejimi tətbiq edilə bilər
TƏBİB: Xarici ölkələrdə yoluxmanın qarşısının alınması üçün ciddi cərimələr tətbiq edilir
Yoluxmaların çoxu yas mərasimlərində olur - Ramin Bayramlı
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah məşqi keçirilib (FOTO/VİDEO)
Vətəndaş qəbulu aparılacaq müəssisələrdə sosial məsafə üçün xüsusi işarələr olmalıdır - TƏBİB
Əksər marketlərdə metodiki tövsiyələrə əməl edilmir - Ramin Bayramlı
Kafe və restoranlarda açıq bufetdən istifadə qadağandır - RƏSMİ
“Sədərək” ticarət mərkəzi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
İyunun 8-dən sonra ölkə daxilində uçuşların bərpası gözlənilir
Ramin Bayramlı: Bəzi obyektlərin açılması epidemioloji vəziyyətin ürəkaçan olması ilə bağlı deyil
Koronavirusa ümumi yoluxmanın 47 faizi Bakının payına düşür - Ramin Bayramlı
Vladimir Zelenski Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Ölkə daxilində uçuşlara xüsusi nəzarət olunacaq - Operativ Qərargah
Karantin rejimində iqtisadi artım bərpa olunsa da, paralel olaraq özümüzü qorumalıyıq - İbrahim Məmmədov
Ramin Bayramlı: Ölkədə aktiv xəstələrlə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb
İbrahim Məmmədov: Yoluxmanın artdığı bölgə qapadıla bilər
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib (FOTO)
VII "Virtual əlaçı" bilik yarışmasına start verilir
Bakıda avtobusun vurduğu piyada hadisə yerində öldü
Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur
Gələn aydan açıq havada idman yarışlarının təşkilinə icazə verilir
Restoran, kafe və çay evlərinin iş rejiminə dəyişiklik edilir
MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib
İri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Naqif Həmzəyev: “Qobu Park-3” dövlət qayğısının daha bir real nümunəsi oldu
İctimai nəqliyyatda və dayanacaqlarda maska taxmaq məcburi oldu
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib
Erməni memarın etirafı: İrəvanda ermənilər yaşamayıb (VİDEO)
Nazirlər Kabineti tibbi maskaların istifadəsi ilə bağlı yeni QƏRAR verdi
İradə İbrahimova: Ağac kəsənlər ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar (FOTO)
Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib
BMT-nin Baş katibi Antonio Quterreşdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb
Azərbaycanın dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadıldı
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
Vüqar Rəhimzadə: “Qobu Park-3” qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının daha bir real nümunəsidir
Bakıda "Jeep" piyadanı vurub öldürdü
Könüllülərdən daha bir maraqlı maarifləndirici aksiya (FOTO)
“Yüksəliş” in Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan vebinarı təşkil edilib
Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı (FOTO)
İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ (VİDEO)
Buraxılış imtahanları fənləri üzrə balların hesablanması qaydası AÇIQLANDI
Qədim Romanın “Mercati di Traiano” abidə kompleksi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
BMM "Qədim milli alətlərimiz" rubrikasından Qolça qopuz aləti haqqında mühazirəni təqdim edib (VİDEO)
Sevil Mikayılova: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
Azərbaycanın Belarusdakı səfiri 28 May - Respublika Günü ilə bağlı bir sıra KİV-lərə müsahibə verib
İranda daha 50 nәfәr koronavirusdan ölüb
Bakıda kişi gözəllik salonunda həyat yoldaşını qətlə yetirib
TBMM-in Sədri Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
QMİ sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib (FOTO)
İstanbulda fabrikdə partlayış olub: Ölən var
İyunun 1-dən iş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbuluna başlanılır
Sahil Kərimli: Prezident İlham Əliyev Azərbaycanı yeni hədəflərə doğru aparır
Sabah duman olacaq, yağış yağacaq
Bütün xəbərlər