...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Live Life" sərgisində yay təcrübəsi keçən tələbələrlə görüşüb (FOTO)

Siyasət Materials 3 İyul 2019 22:48 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyulun 3-də Heydər Əliyev Mərkəzində "Live Life" sərgisində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Live Life" sərgisində yay təcrübəsi keçən tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyulun 3-də Heydər Əliyev Mərkəzində "Live Life" sərgisində olub və bu beynəlxalq sərgi layihəsi çərçivəsində yay təcrübəsi keçən tələbələrlə görüşüb.

Trend-in məlumatına görə, Leyla Əliyeva gənc rəssamların sərgidə nümayiş etdirilən əl işləri ilə tanış oldu.

Sərgi ilə tanışlıqdan sonra yay təcrübəsi məktəbinin iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi "Live Life" sərgisi çərçivəsində iyulun 2-dən Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçir.

İyulun 6-dək davam edəcək yay təcrübəsinin mövzusu "Live Life" sərgisinin ideyası ilə səsləşir və ətraf mühitin problemlərinə, təbiətin qorunmasına, incəsənətin bu sahədə roluna dair ictimaiyyətin maarifləndirilməsinə diqqətin cəlb edilməsini nəzərdə tutur.

Layihədə iştirak edən tələbələr yaradıcılıq üçün zəruri baza dəstləri ilə təmin olunublar. İştirakçılardan hər biri həvəsləndirici mükafat alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək və mükafatlandırılacaq.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş "Live Life" sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib və 2018-ci il sentyabrın 28-dən Heydər Əliyev Mərkəzində təqdim edilir. Ekspozisiyada 200-dən çox əsər yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti