...

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

Siyasət Materials 27 İyul 2019 14:29 (UTC +04:00)
Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib
Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti