...

Samir Şərifov: Ticarət Azərbaycanla Fransa arasındakı əlaqələrin vacib istiqamətidir

Siyasət Materials 29 İyul 2019 13:15 (UTC +04:00)
Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyası iqtisadi, maliyyə, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dəstək göstərir
Samir Şərifov: Ticarət Azərbaycanla Fransa arasındakı əlaqələrin vacib istiqamətidir

Bakı. Xeyrəddin Nəsirzadə, Kəmalə Məmmədli - Trend:

Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyası iqtisadi, maliyyə, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dəstək göstərir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Merlə görüşü zamanı deyib.

S.Şərifov qeyd edib ki, nəqliyyat sahəsində Azərbaycan hökuməti və Fransa bankları tərəfindən maliyyələşdiriləcək birgə layihə nəzərdən keçirilir. Nazir əlavə edib ki, 2020-ci ildə Ələt Azad İqtisadi Zonasında Fransa şirkətləri fəaliyyətə başlayacaq:

"Ticarət əlaqələri ilə yanaşı, Azərbaycanda Fransa şirkətlərinin istehsal sahəsinə investisiyaları üçün əlvereişli mühit yaradılıb. Şirkətlər Azərbaycanla əlaqələrdən istifadə edərək region ölkələrinə məhsul və xidmətlərinin satışlarını genişləndirə bilər".

Öz növbəsində fransalı nazir bildirib ki, tərəflər iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin inkişafı üçün böyük potensiala malikdir və əməkdaşlığı yeni səvviyəyə yüksəltməyə hazırdır.

B.Lö Mer əlavə edib ki, Fransa energetika, neft-qaz sektoru, bərpa olunan enerji, eləcə də müdafiə sənayesi sahələrində birgə əməkdaşlığın inkişafında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti